Şəmil Sadiq
Şəmil Sadiq 1978-ci ilin 3 sentyabrında Babək rayonunun Nehrəm kəndində doğulub. Filologiya üzrə fəlsəfə doktoru, dosent, eyni zamanda “XAN Nəşriyyatı”nın təsisçisidir. İlk kitabı 2003-cü ildə işıq üzü görüb. Əsərləri bir neçə dilə tərcümə olunub. Azərbaycanda bütün bədii kitablarının satış hüququ “XAN Nəşriyyatı”na məxsusdur. “XAN Nəşriyyatı”nda “Azadlıqdakı ruhum”, “Arvadsız kişilər”, “Mən bir müəlliməm”, “İnsan mühəndisi”, “Qorqud Atanın pıçıltısı”, “Qara tut ağacı”, “Bu türk daha o türk deyil”, “Odərlər”, “Qana qan qarışdı”, “Zəfər yolu”, “Mübariz İbrahimov”, “Kitabi-Dədə Qorqud”, “Böyük adam olmuş uşaqlar. Şah İsmayıl Xətai”, “Böyük adam olmuş uşaqlar. Babək”, “Böyük adam olmuş uşaqlar. Memar Əcəmi”, “Böyük adam olmuş uşaqlar. Şəmsəddin Eldəniz”, “Böyük adam olmuş uşaqlar. İbn Sina”, “Böyük adam olmuş uşaqlar. Həbibi”, “Böyük adam olmuş uşaqlar. Seyid Yəhya Bakuvi”, “Böyük adam olmuş uşaqlar. Nizami Gəncəvi”, “Böyük adam olmuş uşaqlar. Mirzə Fətəli Axundzadə”, “Böyük adam olmuş uşaqlar. Nəsrəddin Tusi”, “Böyük adam olmuş uşaqlar. Yusif Məmmədəliyev” kitabları nəşr olunub.