Başı var, amma oxumur. İnsan mühəndisi 2
Müəllif: Şəmil Sadiq
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Tahir Kazımlı |
| Korrektor: | Arzu İsmayılova |
| Texniki redaktor: | Elnarə Şəkərəliyeva |
| Üz qabığının dizayneri: | Sevinc Süleymanova |
| Seriya: | Biz (Çağdaş yerli ədəb.) |
| Nəşr ili: | 2026 |
| Ölçü: | 160x240 mm |
| Səhifə sayı: | 224 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952596564 |
Təsvir
“Başı var, amma oxumur” kitabı Hədəf STEAM Liseyinin qurucusu və “Hədəf Konsepti”nin müəllifi Şəmil Sadiqin 30 illik pedaqoji təcrübəsi və təhsil sahəsində apardığı sistemli araşdırmaların nəticəsidir. Əsərdə “Hədəf Konsepti”, “Təhsil dairəsi” modeli və Sinqapur, Finlandiya, Yaponiya, Estoniya, Cənubi Koreya kimi ölkələrin təhsil sistemləri müqayisəli şəkildə təhlil olunur. Müəllif real həyat nümunələri və yaşanmış hekayələr vasitəsilə müasir təhsildə əsas problemin bilik yox, düşüncə tərzi və strateji baxış çatışmazlığı olduğunu göstərir. Üç fəsildən (“Milli kimlik və təhsil”, “Təhsildən nə istəyirik?”, “Dünənin adamı bu günə sabahı öyrədir”) ibarət bu kitab məktəb rəhbərləri, pedaqoqlar və təhsil siyasəti ilə məşğul olanlar üçün düşünməyə və yenidən qurmağa çağırışdır.
Rəy yazmaq üçün giriş edin.