Odərlər: Tanrı ilə andlaşma
Müəllif: Şəmil Sadiq
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Səbuhi Şahmursoy |
| Korrektor: | Esmira İlyas |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Elnarə Şəkərəliyeva |
| Seriya: | Biz (Çağdaş yerli ədəb.) |
| Nəşr ili: | 2026 |
| Ölçü: | 135x200 mm |
| Səhifə sayı: | 364 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952596656 |
Təsvir
Şuşada tapılan sirli kitab keçmişin qapılarını açanda Arslanın həyatını dəyişəcək yol da başlayır. Bu yol onu dünyanın müxtəlif guşələrindən gələn fərqli din və mədəniyyətlərə mənsub türklərlə bir araya gətirir. Onların qarşısında minilliklərin dərinliyində gizlənmiş bir sirri açmaq, unudulmuş yaddaşın izlərini birləşdirmək və insanlığın taleyinə təsir edə biləcək həqiqətə çatmaq vəzifəsi dayanır. Amma hər sirrin bədəli, hər əmanətin isə görünməyən qoruyucusu var. Qədim işarələr, gözlənilməz qarşılaşmalar və müasir elmin sərhədlərini aşan hadisələr arasında dostla düşməni ayırmaq getdikcə çətinləşir. Bəs insanları birləşdirən ortaq yaddaş onları, həqiqətən, xilas edə bilərmi? Yoxsa həqiqətə aparan yolun ən böyük maneəsi elə insanın öz inamlarıdır?
Rəy yazmaq üçün giriş edin.