Ümidlərin izi ilə
Müəllif: Müşfiq XAN, Şəmil Sadiq
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Səbuhi Şahmursoy | Cəlil Cavanşir |
| Korrektor: | Dürdanə Ramazanlı |
| Texniki redaktor: | BəxtiYar |
| Üz qabığının dizayneri: | Teymur Fərzi |
| Seriya: | Biz (Çağdaş yerli ədəb.) |
| Nəşr ili: | 2019 |
| Ölçü: | 135x200 mm |
| Səhifə sayı: | 384 |
| Cild: | Yumşaq |
Təsvir
Şəmil Sadiq və Müşfiq XANın birgə qələmə aldığı “Ümidlərin izi ilə” romanı tarixi sənədlər, şahid xatirələri və MTN arxivlərinin materiallarına əsasən yazılıb. Bu əsər Xocalı soyqırımı faciəsinin qaranlıq kölgəsi altında iki gənc tələbənin – Aytəkin və Ramilin nakam məhəbbət hekayəsindən bəhs edir. Bir tərəfdə Xocalıda girov düşərək Fransaya qədər aparılan Aytəkinin dəhşətli günlərini əks etdirən “Girov qadının xatirələri”... Digər tərəfdə isə 20 il boyu keçmiş sevgilisinin xatirəsi ilə yaşayan eks-kəşfiyyatçı Ramilin daxili mübarizəsi... İki paralel süjet xətti ilə inkişaf edən roman Azərbaycanın gizli əməliyyatlarının gərginliyini, erməni siyasi terrorunun izlərini və “Böyük Ermənistan” planının məxfi sirlərini açır. Ürək ağrıları ilə yazılmış bu kitabı oxuduqca itirilmiş məhəbbətin dərin yarasını hiss edəcək, o dövrdəki dəhşətli hadisələrin şahidi olacaqsınız.
Rəy yazmaq üçün giriş edin.