Müəllimin biznes gündəliyi
Müəllif: Şəmil Sadiq
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Səbuhi Şahmursoy |
| Korrektor: | Aytən Məmmədova |
| Texniki redaktor: | Elnarə Şəkərəliyeva |
| Üz qabığının dizayneri: | Elnarə Şəkərəliyeva |
| Seriya: | Biz (Çağdaş yerli ədəb.) |
| Nəşr ili: | 2026 |
| Ölçü: | 160x240 mm |
| Səhifə sayı: | 180 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952596649 |
Təsvir
Şəmil Sadiqin “Müəllimin biznes gündəliyi” kitabı məhz gizlətməyə çalışdığımız tərəfdən – alınmayan işlərdən, səhv qərarlardan, itirilən pullardan və yarımçıq qalan ideyalardan danışır. Uşaqlıqda kənd toylarında tum satmaqdan başlayan bu yol illər sonra pəncərə silməyə, itlərə baxmağa, parça və ətir satmağa, fotoqraflığa, müxtəlif biznes cəhdlərinə, daha sonra isə təhsil, nəşriyyat və böyük bir sistem qurmağa qədər uzanır. Hər uğursuzluğun arxasında isə yeni təcrübə, hər səhvin içində növbəti addım üçün ipucu gizlənir. Bu kitab biznes haqqında klassik reseptlərdən uzaqdır. Burada həyatın özündən çıxan, bəzən güldürən, bəzən düşündürən, bəzən də ağrıdan hekayələr var. Müəllif öz yoluna kənardan baxaraq göstərir ki, uğur düz və hamar yoldan ibarət deyil. İnsan istiqamətini məhz büdrəyə-büdrəyə tapır. “Müəllimin biznes gündəliyi” səhvlərini gizlətmədən danışan iş adamının həyat gündəliyidir.
Rəy yazmaq üçün giriş edin.