Sevdasız aylar
Müəllif: Salam Qədirzadə
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Səbuhi Şahmursoy |
| Korrektor: | Səbinə Abdulla | Arzu İsmayıl |
| Rəssam: | Vasif Səftərov |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Milli ədəbiyyat |
| Nəşr ili: | 2024 |
| Ölçü: | 120x190 mm |
| Səhifə sayı: | 144 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952566284 |
Təsvir
Salam Qədirzadənin sovet dövründə gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən ən populyar əsərlərindən biri olan “Sevdasız aylar” romanı illər keçsə də, öz təravət və aktuallığını saxlayır. Roman iki gənc – Sevda və Asifin tələbəlik illərində başlayan təmiz, pak məhəbbətindən bəhs edir. Asifin “Titi”, yəni “Çiçək” adlandırdığı Sevdanın xarakteri, səmimi sevgisi, gəncliyin ən gözəl anları ilə dolu tələbəlik həyatı o qədər canlı təsvir olunub ki, oxucunu öz gəncliyinə, tələbəlik illərinə qaytarır. Kitabda Salam Qədirzadənin məşhur “Müqəddəs yalan” hekayəsi də yer alıb. Bu hekayədə bir-birini saf məhəbbətlə sevən iki gəncin eşqinin həyatın sınağına davam gətirib-gətirməyəcəyindən bəhs edilir.
Rəy yazmaq üçün giriş edin.