Bizi izlə

XAN Nəşriyyatı Qış gecəsi

Qış gecəsi

Müəllif: Salam Qədirzadə
Qiymət
10 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: İsgəndər Səklikov
Korrektor: Esmira Eminova
Rəssam: Vasif Səftərov
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
Seriya: Milli ədəbiyyat
Nəşr ili: 2024
Ölçü: 120x190 mm
Səhifə sayı: 320
Cild: Yumşaq
ISBN: 9789952566277

Təsvir

Məşhur Azərbaycan yazıçısı Salam Qədirzadənin qələmə aldığı “Qış gecəsi” romanı İkinci Dünya Müharibəsindən sonrakı illərin ictimai ab-havasında gənclərin həyatını, sevgisini və daxili mübarizəsini ustalıqla təsvir edir. Romanın baş qəhrəmanı Adil gələcəyin hüquqşünası, hamının “Tarçalan oğlan” ləqəbi ilə tanıdığı gəncdir. Kitabda onun ailədaxili münasibətlərdə yaşadığı çətinliklər, Ceyran adlı rəssam qıza olan ülvi və nakam məhəbbətindən bəhs olunur. Salam Qədirzadə bu əsərdə öz yaradıcılıq ənənəsinə sadiq qalaraq hadisələri kəskin dramatizm, dərin psixoloji təhlil və canlı təsvirlərlə qələmə alıb. XX əsrin ikinci yarısında gənclərin ən sevimli əsərlərindən biri olan bu roman özünəməxsusluğu, həyəcanlı süjeti və kövrək duyğuları ilə seçilir.

Müəllif haqqında

Salam Qədirzadə 1923-cü ilin 10 aprelində Bakıda doğulub, 1987-ci ilin 15 noyabrında elə doğulduğu şəhərdə vəfat edib. Yazıçı və dramaturqdur. İlk kitabı 1953-cü ildə işıq üzü görüb. Azərbaycanda bütün kitablarının müəlliflik hüququ “XAN Nəşriyyatı”na məxsusdur. “XAN Nəşriyyatı”nda “Şlyapalı Mauqli”, “Sevdasız aylar”, “Qış gecəsi”, “46 bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Burada insan yaşamışdı”, “Ulduzlar sayrışanda”, “Su pərisi Marianna” və “Hər gün ömürdən gedir” romanları çap olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Qış gecəsi
Qış gecəsi
10 ₼
Şlyapalı Mauqli
Şlyapalı Mauqli
9 ₼
Sevdasız aylar
Sevdasız aylar
7 ₼
Kəndimizdə bir gözəl var
Kəndimizdə bir gözəl var
8 ₼
46 bənövşə
46 bənövşə
7 ₼
Hər gün ömürdən gedir
Hər gün ömürdən gedir
7 ₼
Su pərisi Marianna
Su pərisi Marianna
7 ₼
Burada insan yaşamışdı
Burada insan yaşamışdı
9 ₼
Ulduzlar sayrışanda
Ulduzlar sayrışanda
8 ₼