Bizi izlə

XAN Nəşriyyatı Kəndimizdə bir gözəl var

Kəndimizdə bir gözəl var

Müəllif: Salam Qədirzadə
Qiymət
8 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Cavid Qədir
Korrektor: Esmira Eminova
Rəssam: Vasif Səftərov
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
Seriya: Milli ədəbiyyat
Nəşr ili: 2024
Ölçü: 120x190 mm
Səhifə sayı: 208
Cild: Yumşaq
ISBN: 9789952566291

Təsvir

Tanınmış Azərbaycan yazıçısı Salam Qədirzadənin “Kəndimizdə bir gözəl var” romanı sovet dövründə gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən və illər keçsə də, unudulmayan əsərlərdən biridir. Kitabın əsas qəhrəmanlarından biri aktrisa Yeganə gözəlliyi ilə hamını valeh edən, amma daxilən soyuq və eqoist qadındır. O, həyatda “dondan-dona girməkdən”, rahatlıq və sərvət uğrunda cinayətə belə əl atmaqdan çəkinmir. Yeganənin zalımlığı, vəfasızlığı və mənəvi çirkinliyi əsərin əsas qəhrəmanlarından biri olan Əkrəmin mərdliyi, vətənpərvərliyi və təmiz qəlbi ilə qarşı-qarşıya qoyulur. Roman oxucunu həm emosional olaraq sarsıdır, həm də dərindən düşündürür. Gözəllik nədir? İnsan nə uğrunda hər şeyi qurban verə bilər? Və ən əsası mərdlik və vicdan həmişə qalib gəlirmi?

Müəllif haqqında

Salam Qədirzadə 1923-cü ilin 10 aprelində Bakıda doğulub, 1987-ci ilin 15 noyabrında elə doğulduğu şəhərdə vəfat edib. Yazıçı və dramaturqdur. İlk kitabı 1953-cü ildə işıq üzü görüb. Azərbaycanda bütün kitablarının müəlliflik hüququ “XAN Nəşriyyatı”na məxsusdur. “XAN Nəşriyyatı”nda “Şlyapalı Mauqli”, “Sevdasız aylar”, “Qış gecəsi”, “46 bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Burada insan yaşamışdı”, “Ulduzlar sayrışanda”, “Su pərisi Marianna” və “Hər gün ömürdən gedir” romanları çap olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Qış gecəsi
Qış gecəsi
10 ₼
Şlyapalı Mauqli
Şlyapalı Mauqli
9 ₼
Sevdasız aylar
Sevdasız aylar
7 ₼
Kəndimizdə bir gözəl var
Kəndimizdə bir gözəl var
8 ₼
46 bənövşə
46 bənövşə
7 ₼
Hər gün ömürdən gedir
Hər gün ömürdən gedir
7 ₼
Su pərisi Marianna
Su pərisi Marianna
7 ₼
Burada insan yaşamışdı
Burada insan yaşamışdı
9 ₼
Ulduzlar sayrışanda
Ulduzlar sayrışanda
8 ₼