Bizi izlə

XAN Nəşriyyatı 46 bənövşə

46 bənövşə

Müəllif: Salam Qədirzadə
Qiymət
7 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Səbuhi Şahmursoy
Korrektor: Xanım Anela | Arzu İsmayıl
Rəssam: Vasif Səftərov
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
Seriya: Milli ədəbiyyat
Nəşr ili: 2024
Ölçü: 120x190 mm
Səhifə sayı: 160
Cild: Yumşaq
ISBN: 9789952566314

Təsvir

Sovet Azərbaycanı ədəbiyyatının ən çox oxunan və sevilən müəlliflərindən biri Salam Qədirzadənin “46 bənövşə” romanı maraqlı və unikal yaranış tarixçəsi ilə diqqəti cəlb edir. Bir gün yazıçının çalışdığı redaksiyaya Mənzərə adlı xanım gəlir və yazıçının qarşısına iki dəftər qoyur. Bu dəftərlər əkiz bacısı Könülün gündəlikləridir. Könül yazıçı olmaq arzusu ilə həyatını, sevgisini, iztirablarını, gəncliyin şirin və acı anlarını səmimi sözlərlə kağıza köçürüb. Mənzərə sadəcə oxuyub fikir bildirməyini xahiş edir. Beləliklə, bir qadının taleyi, arzuları və daxili dünyası bənövşəli dəftərlərin səhifələrində həyata qədəm qoyur. Roman sovet illərinin gəncliyi, sevgisi, əyləncələri, məşğuliyyətləri, mənəvi axtarışları və iztirablarını çox səmimi, şirin və təsirli dillə təsvir edir. Hadisələrin əlvanlığı, duyğuların təravəti və personajların daxili aləmi oxucunu öz gəncliyinə, o dövrün ab-havasına qaytarır. Kitabda həmçinin Salam Qədirzadənin “Ülkər-Aytəkin” hekayəsi də yer alıb. Bu hekayədə saf məhəbbətin qiyməti, əhdinə sadiq qalmağın vacibliyi təsvir olunur.

Müəllif haqqında

Salam Qədirzadə 1923-cü ilin 10 aprelində Bakıda doğulub, 1987-ci ilin 15 noyabrında elə doğulduğu şəhərdə vəfat edib. Yazıçı və dramaturqdur. İlk kitabı 1953-cü ildə işıq üzü görüb. Azərbaycanda bütün kitablarının müəlliflik hüququ “XAN Nəşriyyatı”na məxsusdur. “XAN Nəşriyyatı”nda “Şlyapalı Mauqli”, “Sevdasız aylar”, “Qış gecəsi”, “46 bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Burada insan yaşamışdı”, “Ulduzlar sayrışanda”, “Su pərisi Marianna” və “Hər gün ömürdən gedir” romanları çap olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Qış gecəsi
Qış gecəsi
10 ₼
Şlyapalı Mauqli
Şlyapalı Mauqli
9 ₼
Sevdasız aylar
Sevdasız aylar
7 ₼
Kəndimizdə bir gözəl var
Kəndimizdə bir gözəl var
8 ₼
46 bənövşə
46 bənövşə
7 ₼
Hər gün ömürdən gedir
Hər gün ömürdən gedir
7 ₼
Su pərisi Marianna
Su pərisi Marianna
7 ₼
Burada insan yaşamışdı
Burada insan yaşamışdı
9 ₼
Ulduzlar sayrışanda
Ulduzlar sayrışanda
8 ₼