Yusif Vəzir Çəmənzəminli
Yusif Vəzir Çəmənzəminli 1887-ci ilin 12 sentyabrında Şuşa şəhərində anadan olub. Repressiyaya məruz qalan ziyalı 1943-cü ilin 3 yanvarında Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıq və ürək tutmasından vəfat edib. Azərbaycan yazıçısı, ictimai-dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasındakı ilk səfiri olub. Yazıçının ilk kitabı 1911-ci ildə işıq üzü görən “Məlikməmməd” əsəridir. “XAN Nəşriyyatı”nda “Studentlər”, “İki od arasında”, “Qızlar bulağı” romanları, “Bir cavanın dəftəri” memuarı çap olunub.