Bizi izlə

XAN Nəşriyyatı Yusif Vəzir Çəmənzəminli – “Bir cavanın dəftəri”

Yusif Vəzir Çəmənzəminli – “Bir cavanın dəftəri”

Müəllif: Yusif Vəzir Çəmənzəminli
Qiymət
4 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Dilqəm Əhməd
Korrektor: Dürdanə Ramazanlı
Rəssam: Vasif Səftərov
Texniki redaktor: Esmira Kamal
Üz qabığının dizayneri: Teymur Fərzi
Seriya: Xatirə ədəbiyyatı
Nəşr ili: 2020
Ölçü: 135x200 mm
Səhifə sayı: 120
Cild: Yumşaq

Təsvir

Yusif Vəzir Çəmənzəminli “Bir cavanın dəftəri” və “Həyatımın iyirmi ili” adlı əsərlərində XIX əsrin sonu – XX əsrin əvvəllərindəki Şuşanı oxuculara tanıtdırır. Birinci əsər hekayə tiplidir və gündəliklər əsasında yazılıb. Əsərin qəhrəmanı Murad Yusif Vəzirin özüdür, Şuşada keçirdiyi gənclik illərini qələmə alıb. İkinci əsərdə isə Şuşanın tarixindən, məişətindən, insan mənzərələrindən və müəllifin özünün yaşadığı ailənin durumundan bəhs edilir. Kitabı oxumaqla ümumilikdə Azərbaycanın həmin illərdəki mövcud vəziyyətini öyrənmək mümkündür.

Müəllif haqqında

Yusif Vəzir Çəmənzəminli 1887-ci ilin 12 sentyabrında Şuşa şəhərində anadan olub. Repressiyaya məruz qalan ziyalı 1943-cü ilin 3 yanvarında Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıq və ürək tutmasından vəfat edib. Azərbaycan yazıçısı, ictimai-dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasındakı ilk səfiri olub. Yazıçının ilk kitabı 1911-ci ildə işıq üzü görən “Məlikməmməd” əsəridir. “XAN Nəşriyyatı”nda “Studentlər”, “İki od arasında”, “Qızlar bulağı” romanları, “Bir cavanın dəftəri” memuarı çap olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Yusif Vəzir Çəmənzəminli – “Bir cavanın dəftəri”
Yusif Vəzir Çəmənzəminli – “Bir cavanın dəftəri”
4 ₼
Qızlar bulağı
Qızlar bulağı
6 ₼
Qumarbazın arvadı
Qumarbazın arvadı
7 ₼