Bizi izlə

XAN Nəşriyyatı Qızlar bulağı

Qızlar bulağı

Müəllif: Yusif Vəzir Çəmənzəminli
Qiymət
6 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Cavid Qədir
Korrektor: Aytac Əliyeva
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
Seriya: Milli ədəbiyyat
Nəşr ili: 2020
Ölçü: 135x200 mm
Səhifə sayı: 152
Cild: Yumşaq

Təsvir

Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanı müəllifin yaradıcılığında xüsusi yer tutan əsərlərindən biridir. “Nağıl içində nağıl” motivini ustalıqla işlədən əsər qəhrəman Çoponun həyatının üç fərqli dövrünü əhatə edir. Çopo ömrü boyu sanki dönüb-dolaşıb “Qızlar bulağı” ətrafında fırlanır. Bu bulaq təkcə su mənbəyi yox, azadlığın, təbiətin, qədim adət-ənənələrin və milli kimliyin simvoludur. Qəhrəmanın mühafizəkar qaydalarla ziddiyyət təşkil edən azad ruhu, sevgisi və axtarışları oxucunu qədim İran qəbilələrinin həyatına, atəşpərəstlik dövrünün mənəvi-əxlaqi dünyasına aparır. Roman dinlər, xalqların taleyi və insan təbiəti haqqında dərin fəlsəfi düşüncələrlə zəngindir. Yusif Vəzir Çəmənzəminlinin repressiya qurbanı olmasının əsas səbəblərindən biri sayılan bu əsər bu gün də öz aktuallığını qoruyur.

Müəllif haqqında

Yusif Vəzir Çəmənzəminli 1887-ci ilin 12 sentyabrında Şuşa şəhərində anadan olub. Repressiyaya məruz qalan ziyalı 1943-cü ilin 3 yanvarında Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıq və ürək tutmasından vəfat edib. Azərbaycan yazıçısı, ictimai-dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasındakı ilk səfiri olub. Yazıçının ilk kitabı 1911-ci ildə işıq üzü görən “Məlikməmməd” əsəridir. “XAN Nəşriyyatı”nda “Studentlər”, “İki od arasında”, “Qızlar bulağı” romanları, “Bir cavanın dəftəri” memuarı çap olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Yusif Vəzir Çəmənzəminli – “Bir cavanın dəftəri”
Yusif Vəzir Çəmənzəminli – “Bir cavanın dəftəri”
4 ₼
Qızlar bulağı
Qızlar bulağı
6 ₼
Qumarbazın arvadı
Qumarbazın arvadı
7 ₼