Həsən Seyidbəyli
Həsən Seyidbəyli 1920-ci ilin 22 dekabrında Bakıda doğulub, 1980-ci ilin 25 iyununda elə anadan olduğu şəhərdə də vəfat edib. Yazıçı, kinodramaturq, kinorejissor, Azərbaycan SSR Xalq artisti olub. İlk kitabı 1950-ci ildə işıq üzü görüb. Azərbaycanda bütün kitablarının müəlliflik hüququ “XAN Nəşriyyatı”na məxsusdur. “XAN Nəşriyyatı”nda Xalq yazıçısı İmran Qasımovla birgə yazdığı “Uzaq sahillərdə”, eləcə də “Cəbhədən cəbhəyə”, “Telefonçu qız” kitabları nəşr olunub.