Bizi izlə

XAN Nəşriyyatı Uzaq sahillərdə

Uzaq sahillərdə

Müəllif: İmran Qasımov, Həsən Seyidbəyli
Qiymət
8 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Səbuhi Şahmursoy
Korrektor: Dürdanə Ramazanlı
Texniki redaktor: BəxtiYar
Üz qabığının dizayneri: Gülnar Hacıyeva
Seriya: Milli ədəbiyyat
Nəşr ili: 2019
Ölçü: 135x200 mm
Səhifə sayı: 308
Cild: Yumşaq

Təsvir

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanında Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylo”nun qəhrəmanlıq hekayəsi təsvir olunur. İkinci Dünya Müharibəsinin qızğın illərində İtaliyanın uzaq sahillərində, faşistlərin arxasında partizan hərəkatının ən cəsarətli döyüşçülərindən biri olan Mixaylonun həyatı oxucunu heyrətə gətirir. O, düşmən cəbhəsinin dərinliklərində ölüm-qalım sınaqlarından keçərək xariqüladə igidliklər göstərir, yüzlərlə hitlerçini məhv edir və minlərlə insanı azadlığa qovuşdurur. Kitabı oxuduqca “Mixaylo”nun çətin, lakin şərəfli yolunu addım-addım izləyərək onun qəhrəman ruhuna, cəsarət və iradəsinə şahid olacaqsınız.

Müəllif haqqında

İmran Qasımov 1918-ci ilin 25 noyabrında Bakıda doğulub, 1981-ci ilin 20 aprelində elə anadan olduğu şəhərdə də vəfat edib. Azərbaycan SSR Xalq yazıçısı, dramaturq, kinossenarist olub. Kitabları 1950-ci ildən etibarən nəşr edilməyə başlayıb. “XAN Nəşriyyatı”nda yazıçı Həsən Seyidbəyli ilə birgə yazdığı “Uzaq sahillərdə” kitabı çap olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Uzaq sahillərdə
Uzaq sahillərdə
8 ₼