Bizi izlə

Avel

Müəllif: Xəyalə Murad
Qiymət
10 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Səbuhi Şahmursoy
Korrektor: Aytən Məmmədova
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Elnarə Şəkərəliyeva
Seriya: Biz (Çağdaş yerli ədəb.)
Nəşr ili: 2026
Ölçü: 120x190 mm
Səhifə sayı: 264
Cild: Yumşaq
ISBN: 9789952566871

Təsvir

Xəyalə Muradın “Avel” kitabı Rusiya imperiyasının mürəkkəb siyasi və mənəvi dünyasında sirr, inanc və taleyin bir-birinə qarışdığı tarixi-mistik romandır. Əsərin mərkəzində gələcəyi görmək kimi izaholunmaz qabiliyyətin ağırlığını daşıyan müəmmalı rahib Avel dayanır. Onun eşitdiyi pıçıltılar adi xəbərdarlıqdan daha çox şey vəd edir və oxucunu gerçəkliklə mistikanın sərhədində saxlayır. Romanın digər mühüm xətti imperator I Pavelin həyatına, hakimiyyət uğrunda mübarizəsinə və sarayın görünməyən tərəflərinə aparır. Saray divarlarının arxasında gizlənən sirlər, susdurulan həqiqətlər və insan taleyini dəyişə biləcək qərarlar getdikcə bir-birinə bağlanır. Bir tərəfdə gələcəyi görən, amma bunun qarşısında susa bilməyən bir insan, digər tərəfdə hakimiyyətin ən təhlükəli sualları ilə üz-üzə qalan imperator var. Bəs gələcəyi bilmək insana onu dəyişmək gücü verirmi, yoxsa insan sadəcə qarşısıalınmaz bir taleyin şahidinə çevrilir?

Müəllif haqqında

Xəyalə Murad 1986-cı ilin 25 noyabrında Sumqayıt şəhərində doğulub. Ədəbiyyat agenti və yazıçıdır. İlk kitabı 2013-cü ildə çap edilib. “XAN Nəşriyyatı”nda “Alter”, “Vanuatu” və “Avel” romanları işıq üzü görüb.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Alter
Alter
9 ₼
Avel
Avel
10 ₼