Bizi izlə

Alter

Müəllif: Xəyalə Murad
Qiymət
9 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Cavid Qədir
Korrektor: Arzu İsmayıl
Rəssam: Sevinc Süleyman
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
Seriya: Biz (Çağdaş yerli ədəb.)
Nəşr ili: 2024
Ölçü: 120x190 mm
Səhifə sayı: 248
Cild: Yumşaq
ISBN: 9789952566857

Təsvir

Xəyalə Muradın “Alter” kitabı bir bədəndə yaşayan yeddi fərqli şəxsiyyətdən bəhs edir. Onlardan altısı qadın, biri kişidir. Hər biri günün müəyyən vaxtını “özünə” ayırıb. Hər birinin öz adı, öz xatirələri, öz dünyası var. Alterlər bir-birindən xəbərdardırlar, amma kitabı oxuduqca başa düşürsən ki, görünənin arxasında daha dərin və qaranlıq hekayə dayanır. Oxucu ilə birlikdə qəhrəman da hiss edir ki, ən böyük həqiqət hələ qarşıdadır. Bu psixoloji roman oxucunu o qorxulu həqiqətlə üz-üzə qoyur.

Müəllif haqqında

Xəyalə Murad 1986-cı ilin 25 noyabrında Sumqayıt şəhərində doğulub. Ədəbiyyat agenti və yazıçıdır. İlk kitabı 2013-cü ildə çap edilib. “XAN Nəşriyyatı”nda “Alter”, “Vanuatu” və “Avel” romanları işıq üzü görüb.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Alter
Alter
9 ₼