Şah İsmayıl Xətai
Şah İsmayıl Xətai 1487-ci ilin 14 iyulunda Ərdəbildə doğulub, 1524-cü ilin 23 mayında Təbrizdə vəfat edib. Səfəvilər dövlətinin banisi və şair olub. Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib. “XAN Nəşriyyatı”nda “Dəhnamə” poemasının uşaqlar üçün sadələşdirilmiş versiyası çap olunub.