Bizi izlə

XAN Nəşriyyatı Dəhnamə

Dəhnamə

Müəllif: Şah İsmayıl Xətai
Qiymət
6 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Səbuhi Şahmursoy | Nizami Hüseynov
Korrektor: Dürdanə Ramazanlı
Texniki redaktor: BəxtiYar | Aytən Paşayeva
Üz qabığının dizayneri: Gülnar Hacıyeva
Seriya: Milli ədəbiyyat
Nəşr ili: 2021
Ölçü: 135x200 mm
Səhifə sayı: 116
Cild: Yumşaq

Təsvir

Səfəvilər dövlətinin banisi və ilk şahı, böyük Azərbaycan şairi Şah İsmayıl Xətainin ən məşhur əsərlərindən biri olan “Dəhnamə” (“On məktub”) bu kitabda oxucuya təqdim olunur. 1506-cı ildə Azərbaycan dilində qələmə alınmış bu əsər Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri hesab edilir. “Dəhnamə” sevgi, mənəviyyat, hikmət və insan ruhunun dərinlikləri haqqında on məktub şəklində qurulub. Xətai burada fəlsəfi düşüncə vasitəsi ilə oxucunu ilahi eşqin sirli dünyasına aparır. Bu nəşrdə ilk dəfə olaraq Şah İsmayıl Xətainin “Dəhnamə” və “Nəsihətnamə” əsərləri filoloji (nəsrlə) çevrilmə formasında təqdim edilir. Beləliklə, orijinal şeirlərin məzmun və gözəlliyi müasir Azərbaycan oxucusuna daha aydın şəkildə çatdırılır. Kitab əsasən xətaişünaslıqla məşğul olan mütəxəssislər, ali məktəb tələbələri və ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Müəllif haqqında

Şah İsmayıl Xətai 1487-ci ilin 14 iyulunda Ərdəbildə doğulub, 1524-cü ilin 23 mayında Təbrizdə vəfat edib. Səfəvilər dövlətinin banisi və şair olub. Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib. “XAN Nəşriyyatı”nda “Dəhnamə” poemasının uşaqlar üçün sadələşdirilmiş versiyası çap olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Dəhnamə
Dəhnamə
6 ₼