Sabir Əhmədli
Sabir Əhmədli 1930-cu ilin 10 iyulunda Cəbrayılda doğulub, 2009-cu ilin 17 aprelində Bakıda vəfat edib. Nasir, publisist, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi və Prezident təqaüdçüsüdür. İlk kitabı 1961-ci ildə işıq üzü görüb. “XAN Nəşriyyatı”nda “Yazılmayan yazı” memuarı nəşr olunub.