Bizi izlə

XAN Nəşriyyatı Sabir Əhmədli – “Yazılmayan yazı”

Sabir Əhmədli – “Yazılmayan yazı”

Müəllif: Sabir Əhmədli
Qiymət
8 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Cavid Qədir
Korrektor: Səbinə Abdulla
Rəssam: Vasif Səftərov
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Teymur Fərzi
Seriya: Xatirə ədəbiyyatı
Nəşr ili: 2023
Ölçü: 135x200 mm
Səhifə sayı: 184
Cild: Yumşaq
ISBN: 9789952557800

Təsvir

“Yazılmayan yazı” Xalq yazıçısı Sabir Əhmədlinin avtobioqrafik səciyyə daşıyan romanıdır. Müəllif uşaqlığından qocalığınadək keçdiyi ömür yolunu oxucularına böyük ərməğan kimi qələmə alıb. Böyük romançı xatirələrində də zamanın, məkanın ruhunu saxlamağa, milli kimliyimizin gözləri önündə hansı məngənələrdən keçdiyini özünün və qələm dostlarının timsalında göstərməyə çalışıb. Özünün sərt romançı üslubuna sadiq qalan ədib bu kitabda da həqiqətlərin gözünün içinə dik baxmaqdan çəkinməyib.

Müəllif haqqında

Sabir Əhmədli 1930-cu ilin 10 iyulunda Cəbrayılda doğulub, 2009-cu ilin 17 aprelində Bakıda vəfat edib. Nasir, publisist, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi və Prezident təqaüdçüsüdür. İlk kitabı 1961-ci ildə işıq üzü görüb. “XAN Nəşriyyatı”nda “Yazılmayan yazı” memuarı nəşr olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Sabir Əhmədli – “Yazılmayan yazı”
Sabir Əhmədli – “Yazılmayan yazı”
8 ₼