Bizi izlə

XAN Nəşriyyatı Müəllifin kitabları

Ömər Faiq Nemanzadə

Ömər Faiq Nemanzadə 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində anadan olub. 1937-ci il repressiyasının qurbanlarından biri kimi həmin ilin 10 oktyabrında Gürcüstanın paytaxtı Tbilisidə “üçlüy”ün qərarı ilə güllələnib. Azərbaycan ədibi, ictimai-siyasi xadimi, publisisti, pedaqoqu, “Qeyrət” mətbəəsinin sahibi və “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi olub. İlk kitabı olan “Nəşri-asarə dəvət” kitabı 1905-ci ildə işıq üzü görüb. “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Açıq söz”, “Tərəqqi”, “İrşad”, “Həyat” kimi mətbu orqanlarda ardıcıl çıxış edib, publisistik yazıları ilə dövrünün ən kəskin qələm sahiblərindən birinə çevrilib. “XAN Nəşriyyatı”nda “Xatirələrim” əsəri işıq üzü görüb.

Müəllifin digər kitabları

Ömər Faiq Nemanzadə – “Xatirələrim”
6 ₼