Bizi izlə

XAN Nəşriyyatı Ömər Faiq Nemanzadə – “Xatirələrim”

Ömər Faiq Nemanzadə – “Xatirələrim”

Müəllif: Ömər Faiq Nemanzadə
Qiymət
6 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Dilqəm Əhməd
Korrektor: Aytac Əliyeva
Rəssam: Vasif Səftərov
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Teymur Fərzi
Seriya: Xatirə ədəbiyyatı
Nəşr ili: 2020
Ölçü: 135x200 mm
Səhifə sayı: 184
Cild: Yumşaq

Təsvir

Ömər Faiq Nemanzadənin “Xatirələrim” əsəri müəllifin uşaqlığından “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasındək olan dövrü əhatə edir. Müəllif kitabda dövrün ictimai-siyasi konturlarını cızır, oxucuları ovaxtkı reallıqla tanış edir. Təəssüf ki, Ömər Faiq Nemanzadə xatirələrini bitirməyə imkan tapmayıb. Qanlı repressiya illəri ondan da yan keçməyib. Ömrü kimi xatirələri də yarımçıq qalıb.

Müəllif haqqında

Ömər Faiq Nemanzadə 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində anadan olub. 1937-ci il repressiyasının qurbanlarından biri kimi həmin ilin 10 oktyabrında Gürcüstanın paytaxtı Tbilisidə “üçlüy”ün qərarı ilə güllələnib. Azərbaycan ədibi, ictimai-siyasi xadimi, publisisti, pedaqoqu, “Qeyrət” mətbəəsinin sahibi və “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi olub. İlk kitabı olan “Nəşri-asarə dəvət” kitabı 1905-ci ildə işıq üzü görüb. “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Açıq söz”, “Tərəqqi”, “İrşad”, “Həyat” kimi mətbu orqanlarda ardıcıl çıxış edib, publisistik yazıları ilə dövrünün ən kəskin qələm sahiblərindən birinə çevrilib. “XAN Nəşriyyatı”nda “Xatirələrim” əsəri işıq üzü görüb.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Ömər Faiq Nemanzadə – “Xatirələrim”
Ömər Faiq Nemanzadə – “Xatirələrim”
6 ₼