Məmməd Səid Ordubadi
Məmməd Səid Ordubadi 1872-ci ilin 24 martında Ordubadda dünyaya gəlib, 1950-ci ilin 1 mayında Bakıda vəfat edib. Azərbaycanlı nasir, şair, dramaturq, publisist və tərcüməçi, Əməkdar incəsənət xadimidir. İlk kitabı 1906-cı ildə nəşr olunub. Əsərləri müxtəlif dillərə tərcümə edilib. “XAN Nəşriyyatı”nda “Qılınc və qələm”, “Həyatım və mühitim” kitabları işıq üzü görüb.