Bizi izlə

XAN Nəşriyyatı Məmməd Səid Ordubadi – “Həyatım və mühitim”

Məmməd Səid Ordubadi – “Həyatım və mühitim”

Müəllif: Məmməd Səid Ordubadi
Qiymət
7 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Dilqəm Əhməd
Korrektor: Asifə Əfəndi
Rəssam: Vasif Səftərov
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Teymur Fərzi
Seriya: Xatirə ədəbiyyatı
Nəşr ili: 2024
Ölçü: 135x200 mm
Səhifə sayı: 192
ISBN: 9789952557763

Təsvir

Məmməd Səid Ordubadi “Həyatım və mühitim” kitabında yaşadığı dövrün gerçəklərini bütün təfərrüatı ilə oxucuya çatdırır. Müəllifin sözügedən əsəri yalnız xatirə ədəbiyyatının maraqlı nümunəsi yox, həm də dəyərli tarixi mənbədir. Xüsusən sürgün olunması ilə bağlı hissələr çox təsirli dillə qələmə alınıb. Ordubadi kitabda bir çox vacib nüanslara toxunur, oxucuların təxminən bir əsr əvvəlki dövrə rahatca boylana biləcəkləri pəncərə açır.

Müəllif haqqında

Məmməd Səid Ordubadi 1872-ci ilin 24 martında Ordubadda dünyaya gəlib, 1950-ci ilin 1 mayında Bakıda vəfat edib. Azərbaycanlı nasir, şair, dramaturq, publisist və tərcüməçi, Əməkdar incəsənət xadimidir. İlk kitabı 1906-cı ildə nəşr olunub. Əsərləri müxtəlif dillərə tərcümə edilib. “XAN Nəşriyyatı”nda “Qılınc və qələm”, “Həyatım və mühitim” kitabları işıq üzü görüb.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Məmməd Səid Ordubadi – “Həyatım və mühitim”
Məmməd Səid Ordubadi – “Həyatım və mühitim”
7 ₼