Məhəmməd Əmin Rəsulzadə
1884-cü ilin 31 yanvarında Bakı quberniyasının Novxanı kəndində doğulub, 1955-ci ilin 6 martında Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri, yazıçı, publisist və siyasi mühacir olub. İlk kitabı “Səadəti-bəşər” 1911-ci ildə Ərdəbildə nəşr olunub. “XAN Nəşriyyatı”nda “Azərbaycan şairi Nizami, “Qafqaz xatirələri”, “Şəfibəyçilik”, “Əsrimizin Siyavuşu”, “Azərbaycan Cümhuriyyəti” kitabları nəşr olunub.