Bizi izlə

XAN Nəşriyyatı Azərbaycan şairi Nizami

Azərbaycan şairi Nizami

Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Qiymət
12 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Əvəz Qurbanlı
Korrektor: Səbinə Abdullayeva
Texniki redaktor: Sevda Qulamova
Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
Seriya: Milli ədəbiyyat
Nəşr ili: 2021
Ölçü: 135x200 mm
Səhifə sayı: 384
Cild: Yumşaq
ISBN: 9781930897267

Təsvir

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və mühacirət ədəbiyyatının ən parlaq nümayəndələrindən biri Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyası nizamişünaslığın ən dəyərli əsərlərindən biridir. 1941-ci ildə qələmə alınmış bu əsər 1951-ci ildə Ankarada Milli Təhsil Nəşriyyatında çap olunub. Azərbaycanda isə ilk dəfə 1991-ci ildə pr.dr. Rüstəm Əliyevin ixtisarı ilə kiril qrafikasında nəşr edilib. Bu nəşr orijinal mətnlə müqayisə olunaraq Əvəz Qurbanlının redaktəsi ilə hazırlanıb. Monoqrafiya başlanğıc, dörd fəsil, son söz və əlavələrdən ibarətdir. Birinci fəsildə “Nizami kimdir?” sualına cavab verilir, ikinci fəsildə böyük şairin “Xəmsə”si tədqiq olunur, üçüncü fəsildə Nizaminin mövzuları araşdırılır, dördüncü fəsildə isə onun irsində sənət və ideologiya məsələləri dərin təhlil edilir. Kitabın sonunda Nizaminin əsərlərində işlənmiş türk sözlərinin lüğəti də yer alır. Bu kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunub və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Müəllif haqqında

1884-cü ilin 31 yanvarında Bakı quberniyasının Novxanı kəndində doğulub, 1955-ci ilin 6 martında Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri, yazıçı, publisist və siyasi mühacir olub. İlk kitabı “Səadəti-bəşər” 1911-ci ildə Ərdəbildə nəşr olunub. “XAN Nəşriyyatı”nda “Azərbaycan şairi Nizami, “Qafqaz xatirələri”, “Şəfibəyçilik”, “Əsrimizin Siyavuşu”, “Azərbaycan Cümhuriyyəti” kitabları nəşr olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Məhəmməd Əmin Rəsulzadə – “Qafqaz xatirələri”
Məhəmməd Əmin Rəsulzadə – “Qafqaz xatirələri”
8 ₼
Məhəmməd Əmin Rəsulzadə – “Şəfibəyçilik”
Məhəmməd Əmin Rəsulzadə – “Şəfibəyçilik”
4 ₼
Azərbaycan şairi Nizami
Azərbaycan şairi Nizami
12 ₼