İmran Qasımov
İmran Qasımov 1918-ci ilin 25 noyabrında Bakıda doğulub, 1981-ci ilin 20 aprelində elə anadan olduğu şəhərdə də vəfat edib. Azərbaycan SSR Xalq yazıçısı, dramaturq, kinossenarist olub. Kitabları 1950-ci ildən etibarən nəşr edilməyə başlayıb. “XAN Nəşriyyatı”nda yazıçı Həsən Seyidbəyli ilə birgə yazdığı “Uzaq sahillərdə” kitabı çap olunub.