Cəlil Məmmədquluzadə
Cəlil Məmmədquluzadə 1869-cu ilin 10 (22) fevralında Naxçıvan şəhərində doğulub. 1932-ci ilin 4 yanvarında Bakıda vəfat edib. Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, tənqidi realizm ədəbi cərəyanının banisi, ilk mənzum alleqorik dram əsərinin müəllifi, yenitipli ictimai satiranın, eləcə də “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və ideya rəhbəridir. 1905-ci ildən etibarən dövri mətbuatda imzası görünməyə başlayıb. “XAN Nəşriyyatı”nda “Poçt qutusu”, “Ölülər”, “Danabaş kəndinin əhvalatları”, “Anamın kitabı” kitabları nəşr olunub.