Bizi izlə

XAN Nəşriyyatı Cəlil Məmmədquluzadə – "Ölülər"

Cəlil Məmmədquluzadə – "Ölülər"

Müəllif: Cəlil Məmmədquluzadə
Qiymət
4 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Korrektor: Sona Şükürova
Rəssam: Ruhulla Həsənzadə
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Zülfiyyə Abbasova
Seriya: Buta (Milli klassika)
Nəşr ili: 2025
Ölçü: 120x190 mm
Səhifə sayı: 80
Cild: Yumşaq
ISBN: 9789952557794

Təsvir

Böyük mütəfəkkir, ilk milli satirik jurnal “Molla Nəsrəddin”in, ümumilikdə ədəbiyyatda və mətbuatda mollanəsrəddinçilik məktəbinin banisi olan Cəlil Məmmədquluzadənin ən məşhur səhnə əsəri “Ölülər” hesab olunur. Xurafatı, cəhaləti ciddi tənqid atəşinə tutan müəllif iki zidd anlayışı – həyatla ölümü üz-üzə qoyur; cəhalət girdabında boğulan cəmiyyətdə ölülərin dirilərdən daha yararlı, daha diri olduğunu satirik-yumoristik dillə oxucuya çatdırır.

Müəllif haqqında

Cəlil Məmmədquluzadə 1869-cu ilin 10 (22) fevralında Naxçıvan şəhərində doğulub. 1932-ci ilin 4 yanvarında Bakıda vəfat edib. Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, tənqidi realizm ədəbi cərəyanının banisi, ilk mənzum alleqorik dram əsərinin müəllifi, yenitipli ictimai satiranın, eləcə də “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və ideya rəhbəridir. 1905-ci ildən etibarən dövri mətbuatda imzası görünməyə başlayıb. “XAN Nəşriyyatı”nda “Poçt qutusu”, “Ölülər”, “Danabaş kəndinin əhvalatları”, “Anamın kitabı” kitabları nəşr olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Cəlil Məmmədquluzadə – “Xatiratım”
Cəlil Məmmədquluzadə – “Xatiratım”
6 ₼
Cəlil Məmmədquluzadə – "Ölülər"
Cəlil Məmmədquluzadə – "Ölülər"
4 ₼
Cəlil Məmmədquluzadə – "Poçt qutusu"
Cəlil Məmmədquluzadə – "Poçt qutusu"
4 ₼
Cəlil Məmmədquluzadə – “Danabaş kəndinin əhvalatları”
Cəlil Məmmədquluzadə – “Danabaş kəndinin əhvalatları”
4 ₼
Cəlil Məmmədquluzadə – “Anamın kitabı”
Cəlil Məmmədquluzadə – “Anamın kitabı”
4 ₼