Xatirat. Azərbaycan torpağına türbət etmişəm
Müəllif: Hacı Səlim Axundzadə
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Gülşən Axundova |
| Korrektor: | Aytac Əliyeva |
| Rəssam: | Vasif Səftərov |
| Texniki redaktor: | BəxtiYar |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Xatirə ədəbiyyatı |
| Nəşr ili: | 2021 |
| Ölçü: | 135x200 mm |
| Səhifə sayı: | 96 |
| Cild: | Yumşaq |
Təsvir
Bu kitab Azərbaycanın XX əsrin əvvəllərində milli dövlətçiliyə aparan yolda keçdiyi daxili proseslərin, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və o dövrdə baş verən hadisələrin iştirakçısı olmuş Hacı Mirzə Səlim Axundzadənin mühacirətdə olarkən qələmə aldığı “Xatirat”dır. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın müstəqilliyini elan edən Milli Şuranın iclasında səs verən, sonra parlament üzvü seçilən Hacı Mirzə Səlim Axundzadə 1920-ci il aprel işğalından sonra mühacirətə getmiş və orada “Xatirat”ını qələmə almışdır. Əsər qəflətən vəfat etdiyinə görə yarımçıq qalsa da, müəllifin şahidi olduğu hadisələr – milli hərəkatın gedişi, Cümhuriyyətin quruluşu, daxili mübarizələr, hökumət fəaliyyəti və dövrün siyasi mənzərəsi ətraflı təsvir olunur. Kitab Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq etmək üçün qiymətli tarixi mənbədir. Tədqiqatçı alimlər, tarixçilər və Azərbaycanın yaxın keçmişinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Rəy yazmaq üçün giriş edin.