Bizi izlə

XAN Nəşriyyatı Tanrı görmüş köpək

Tanrı görmüş köpək

Müəllif: Dino Bussati
Qiymət
6 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Səbuhi Şahmursoy
Korrektor: Gülər Əliyeva
Texniki redaktor: BəxtiYar
Üz qabığının dizayneri: Gülnar Hacıyeva
Seriya: Onlar (Çağdaş xarici ədəb.)
Nəşr ili: 2021
Ölçü: 135x200 mm
Səhifə sayı: 104
Cild: Yumşaq

Təsvir

“Tanrı görmüş köpək” kitabında məşhur italyan yazıçı, jurnalist və rəssam Dino Bussatinin seçilmiş hekayələri yer alır. Bu hekayələrdə oxucu anlaşılmaz və bəzən çıxılmaz görünən dünyanın labirintlərində yolunu itirən insanların taleyi ilə qarşılaşır. Müxtəlif mövzu və janrları əhatə edən əsərlərdə insanın acizliyi, qorxuları, daxili gərginliyi və həyatın çətin tərəfləri ustalıqla təsvir olunub. Bussatinin nəsri bəzən pritça xarakteri daşıyır, bəzən fantastik elementlərlə zənginləşir, bəzən isə irrasional məqamlarla dərinləşir. Amma bütün bu müxtəliflik fonunda əsərləri birləşdirən əsas cəhət güclü dramatizmdir.

Müəllif haqqında

Dino Bussati 1906-cı ilin 16 oktyabrında İtaliyanın Veneto vilayətinin Belluno qəsəbəsində doğulub, 1972-ci ilin 28 yanvarında İtaliyanın Milan şəhərində vəfat edib. İtaliyan yazıçıdır. İlk kitabı 1933-cü ildə işıq üzü görüb. “XAN Nəşriyyatı”nda “Tanrı görmüş köpək” kitabı nəşr olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Tanrı görmüş köpək
Tanrı görmüş köpək
6 ₼