Qumral Sadıqzadə – “Son mənzili Xəzər oldu”
Müəllif: Qumral Sadıqzadə
Kitabın xüsusiyyətləri
Naşir: | Səbuhi Şahmursoy |
Redaktor: | Nizami Hüseynov |
Korrektor: | Aytac Əliyeva |
Rəssam: | Vasif Səftərov |
Texniki redaktor: | Aytən Paşayeva |
Üz qabığının dizayneri: | Teymur Fərzi |
Seriya: | Xatirə ədəbiyyatı |
Nəşr ili: | 2020 |
Ölçü: | 135x200 mm |
Səhifə sayı: | 528 |
ISBN: | 9044125456183 |
Təsvir
Qumral Sadıqzadə “Son mənzili Xəzər oldu” memuar-romanını atası – nasir və tənqidçi, Azərbaycan ədəbiyyatı, mətbuatı və təhsilinin inkişafında xüsusi xidmətlər göstərmiş Seyid Hüseyn Sadiqə həsr edib. Kitabda Sadıqzadələrin soykökü barədə, hələ Seyid Hüseyn doğulmamışdan əvvəl baş vermiş vacib hadisələr barədə məlumat verilir. Müəllif daha sonra böyük yazıçının uşaqlıq və gənclik illəri, yaradıcılığı, eləcə də repressiya olunduğu dövr barədə maraqlı faktları oxuculara çatdırır. “Son mənzili Xəzər oldu” tam bədii əsər sayılmasa da, dilinin rəvanlığı baxımından heç bir romandan geri qalmır. Bundan başqa, kitabda Məhəmməd Əmin Rəsulzadə və ailəsinin taleyi barədə qiymətli məlumatlar yer alır.
Rəy yazmaq üçün giriş edin.