Bizi izlə

XAN Nəşriyyatı Novruz nağılı

Novruz nağılı

Müəllif: Sevinc Elsevər
Qiymət
10 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Cavid Qədir
Korrektor: Esmira İlyas
Rəssam: Aynur Abdullayeva
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
Seriya: Balabilgə Nəşrləri
Nəşr ili: 2026
Ölçü: 220x220 mm
Səhifə sayı: 96
Cild: Yumşaq
ISBN: 9789952566826

Təsvir

“Novruz nağılı” Azərbaycan ədəbiyyatında Novruz bayramına həsr edilmiş ilk romandır. Kitabda Qara toyuq, qızıl yumurta və qeyri-adi cücənin ətrafında cərəyan edən hadisələr balaca oxuculara nağıl dili ilə təqdim olunur. Kitabın ən maraqlı cəhətlərindən biri Novruz bayramının adət-ənənələrini uşaqlara sadə və anlaşıqlı şəkildə tanıtmasıdır. Bu kitabda balaca oxucuları sehrli və maraqlı suallar gözləyir. Oxuduqca həm əylənəcəklər, həm də Novruz bayramının ənənələri, dəyərləri ilə yaxından tanış olacaqlar.

Müəllif haqqında

Sevinc Elsevər 1983-cü ilin 6 mayında Saatlı şəhərində doğulub. Kinoşünas, yazıçı və dramaturqdur. İlk kitabı 2003-cü ildə çap olunub. “XAN Nəşriyyatı”nda “Çörək rəngli əllər”, “Döyüş iti”, “Xeyirxah siçan” və “Novruz nağılı” kitabları işıq üzü görüb.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Novruz nağılı
Novruz nağılı
10 ₼
Döyüş iti
Döyüş iti
3 ₼