Bizi izlə

XAN Nəşriyyatı Kitab yüklü eşşək

Kitab yüklü eşşək

Müəllif: Mirzə Əbdürrəhim Talıbov
Qiymət
8 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Səbinə Abdullayeva
Korrektor: Səbinə Abdullayeva
Texniki redaktor: Aytən Paşayeva
Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
Seriya: Milli ədəbiyyat
Nəşr ili: 2024
Ölçü: 120x190 mm
Səhifə sayı: 172
Cild: Yumşaq
ISBN: 9789952557107

Təsvir

Mirzə Əbdürrəhim Talıbovun ən məşhur satirik əsəri olan “Kitab yüklü eşşək” oxucunu ilk sətirdən özünə çəkir. Kitabda bütün hadisələr Çoşşa adlı eşşəyin dilindən danışılır. Çoşşa insanların xəsisliyini, riyakarlığını, eqoizm və axmaqlığını özünəməxsus sadə, çox dəqiq və gülməli tərzdə təsvir edir. Bəzən özü ilə insanlar arasında gülüş doğuracaq müqayisələr də aparır. Roman boyu Çoşşanın başına gələnlər oxucunu güldürür, amma eyni zamanda düşündürür. İnsanlardan həmişə ziyan görən eşşək, nəhayət, intiqam almaq qərarına gəlir, amma bu yolda maneələrlə qarşılaşır. Bəs Çoşşanın insanlar barədə yekun qənaəti necə olacaq?

Müəllif haqqında

Mirzə Əbdürrəhim Talıbov 1834-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərində doğulub, 1911-ci ilin 11 martında Rusiya imperiyasının Buynaksk şəhərində vəfat edib. Yazıçı, publisist və maarifçidir. İlk kitabı 1888-ci ildə işıq üzü görüb. “XAN Nəşriyyatı”nda “Kitab yüklü eşşək” əsəri çap olunub.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Kitab yüklü eşşək
Kitab yüklü eşşək
8 ₼