Bizi izlə

XAN Nəşriyyatı Bir tərəddüdün romanı

Bir tərəddüdün romanı

Müəllif: Peyami Safa
Qiymət
5 ₼
Say

Kitabın xüsusiyyətləri

Naşir: Səbuhi Şahmursoy
Redaktor: Səbuhi Şahmursoy
Korrektor: Gülər Əliyeva
Texniki redaktor: BəxtiYar
Üz qabığının dizayneri: Gülnar Hacıyeva
Seriya: Onlar (Çağdaş xarici ədəb.)
Nəşr ili: 2019
Ölçü: 135x200 mm
Səhifə sayı: 128
Cild: Yumşaq

Təsvir

“Bir tərəddüdün romanı” tanınmış türk yazıçısı Peyami Safanın yaradıcılığında xüsusi yer tutan əsərlərdən biridir. Kitab Birinci Dünya Müharibəsindən sonra dəyişən dünyada insanın daxili parçalanmasını, inanmaqla inkar etmək, yaratmaqla dağıtmaq, sevməklə nifrət etmək kimi ziddiyyətli hisslər arasında qalan fərdin psixoloji vəziyyətini təsvir edir. Müharibədən sonra yaranan mənəvi boşluq, ictimai dəyərlərin sarsılması, keçmişlə bağların qopması və insanların həyat qarşısında duyduğu yorğunluq əsərin əsas fonunu təşkil edir. “Roman içində roman” motivi ilə diqqət çəkən bu əsərdə müəllif həm də öz həyat təcrübəsi və düşüncələrindən izlər təqdim edir.

Müəllif haqqında

Peyami Safa 1899-cu ilin 2 aprelində Türkiyənin İstanbul şəhərində doğulub, 1961-ci ilin 15 iyununda elə anadan olduğu şəhərdə də vəfat edib. Türk yazıçısı və tərcüməçidir. İlk kitabı 1913-cü ildə işıq üzü görüb. “XAN Nəşriyyatı”nda “Yalnızıq” və “Bir tərəddüdün romanı” kitabları nəşr edilib.

Rəy yazmaq üçün giriş edin.

Müəllifin digər kitabları

Bir tərəddüdün romanı
Bir tərəddüdün romanı
5 ₼