Turan Cavid
Turan Cavid 1923-cü ilin 2 oktyabrında Bakıda anadan olub, 2004-cü ilin 12 sentyabrında elə paytaxtda vəfat edib. Əməkdar mədəniyyət işçisi adına layiq görülən Turan Cavid Hüseyn Cavidin ev-muzeyi yarandığı gündən dünyadan köçənə qədər muzeyin direktoru olub. Anası Mişkinaz Cavidlə Hüseyn Cavidlə bağlı xatirələr kitabını qələmə alıb. “XAN Nəşriyyatı”nda “Cavid haqqında xatirələr” memuarı işıq üzü görüb.