Süleyman Rəhimov
Süleyman Rəhimov 1900-cü ilin 9 martında Zəngəzur qəzasının Əyin kəndində doğulub, 1983-cü ilin 11 oktyabrında Bakıda vəfat edib. Yazıçı, publisist olub. Xalq yazıçısı fəxri adına layiq görülüb. İlk kitabı olan “Şamo” romanı 1931-ci ildə nəşr olunub. Yazıçı həmin kitab üzərində ümumilikdə əlli ilə yaxın işləyib. “XAN Nəşriyyatı”nda “Həyat yolu” adlı xatirələri işıq üzü görüb.