Seyid Cəfər Pişəvəri
Seyid Cəfər Pişəvəri 1892-ci ilin 26 avqustunda Cənubi Azərbaycanda – Xalxal mahalının Zeyvə kəndində doğulub, 1947-ci ilin 11 iyununda Yevlaxda vəfat edib. Siyasətçi, publisist, İran Kommunist Partiyasının təsisçilərindən biri, Azərbaycan Demokrat Firqəsinin sədri, Azərbaycan Milli Hökumətinin prezidenti olub. “XAN Nəşriyyatı”nda “Zindan xatirələri” memuarı çap olunub.