Məmməd Altunbay
Məmməd Altunbay 1911-ci ildə ovaxtkı Yelizavetpolda (Gəncə) doğulub, 1987-ci ilin 27 dekabrında İstanbulda vəfat edib. Siyasətçi, yazıçı və pilot olub. Sovet zülmündən bezib təyyarə ilə Azərbaycandan Türkiyəyə qaçıb. Qələmə aldığı xatirələrində SSRİ-nin iç üzünü ifşa edib. “XAN Nəşriyyatı”nda “Azadlığa uçan türk” memuarı nəşr edilib.