Hacağa Abasov
Hacağa Abasov 1888-ci ilin 16 iyununda Bakı qəzasının Maştağa kəndində doğulub, 1975-ci ilin 7 mayında elə burada vəfat edib. Teatr aktyoru, dramaturq, Azərbaycan SSR Xalq artisti olub. Səhnə və ekranda ölməz rollar yaradan aktyor özünü ədəbiyyatda da sınayıb, maraqlı pyeslər yazıb. “XAN Nəşriyyatı”nda “Xatirələrim” adlı memuarı nəşr olunub.