Fridrix Bodenştedt
Fridrix Bodenştedt 1819-cu il aprelin 28-də keçmiş Hannover krallığında anadan olub. 1892-ci ilin 19 martında isə Prussiya krallığının Visbaden şəhərində vəfat edib. Alman yazıçısı və tədqiqatçısıdır. 1845-ci ildə Tiflisdəki fəaliyyətini yekunlaşdıran tədqiqatçı Almaniyaya qayıdır və “Şərqdə 1001 gün” adlı kitab yazır. Həmin kitaba Mirzə Şəfi Vazeh və digər şairlərin yaradıcılığından nümunələr də əlavə edir. Sözügedən əsər qısa müddətdə məşhurlaşır. Beləcə, “Mirzə Şəfinin nəğmələri” kitabı ərsəyə gəlir. Kitabın müəllifi və tərcüməçisi bütün dünyada tanınır, əsər fransız, ingilis, ispan, portuqal, rus, çex, macar, yəhudi və b. dillərə tərcümə olunur. “XAN Nəşriyyatı”nda “Mirzə Şəfi haqqında xatirələr”i işıq üzü görüb.