Fərəh Pəhləvi
Fərəh Pəhləvi 1938-ci ilin 14 oktyabrında Tehranda doğulub, hazırda Vaşinqtonda yaşayır. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşıdır. 2003-cü ildə keçmişi, mərhum həyat yoldaşı, eləcə də İran inqilabı barədə kitab çap etdirib. “XAN Nəşriyyatı”nda “Xatirələrim” kitabı nəşr olunub.