Əzizə Cəfərzadə
Əzizə Cəfərzadə 1921-ci ilin 29 dekabrında Bakıda doğulub, 2003-cü ilin 4 sentyabrında elə paytaxtda vəfat edib. Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor olub. Ədibin ilk kitabı 1948-ci ildə işıq üzü görüb. “XAN Nəşriyyatı”nda “Bakı-1501”, “Bəla”, “Gülüstandan sonra”, “Bir səsin faciəsi” romanları, eləcə də “Tanıdıqlarım, sevdiklərim xatirələrimdə” memuarı çap olunub.