Əziz Nesin
Əziz Nesin 1915-ci ilin 20 dekabrında İstanbulda doğulub, 1995-ci ilin 6 iyulunda İzmirdə vəfat edib. Türk yazıçısı, publisist və dramaturqdur. İlk kitabı 1946-cı ildə çap olunub. Daha çox satirik əsərləri ilə məşhur olan Əziz Nesinin Türkiyə ədəbiyyatında özünəməxsus yeri var. “XAN Nəşriyyatı”nda “Belə gəlmiş, belə getməz” və “Damda dəli var” kitabları nəşr edilib.