Əli Zeynalov
Əli Zeynalov 1913-cü ilin 23 martında Cavad qəzasının Salyan qəsəbəsində doğulub, 1988-ci ilin 4 yanvarında Bakıda vəfat edib. Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR Xalq artisti olub. Bir çox ölməz rollara həyat verən böyük aktyor qələmini sınamaqdan da çəkinməyib. “XAN Nəşriyyatı”nda “İki ömrüm olsaydı” adlı memuarı nəşr olunub.