Altay Məmmədov
1930-cu ilin 15 mayında Gəncə şəhərində doğulub, 2003-cü ilin 15 iyulunda isə elə orada vəfat edib. Nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri namizədi, dosentdir. Ədəbi fəaliyyətə 1950-ci ildə başlayıb. “XAN Nəşriyyatı”nda “Tanıdığım Əli Kərim” memuarı nəşr olunub.