Yaşıl kitab
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Cavid Qədir |
| Korrektor: | Arzu İsmayıl | Esmira İlyas |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Zülfiyyə Abbasova |
| Seriya: | Elmi-kütləvi ədəbiyyat |
| Nəşr ili: | 2025 |
| Ölçü: | 220x220 mm |
| Səhifə sayı: | 232 |
| Cild: | Karton qapaq |
| ISBN: | 9789952596212 |
Təsvir
“XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoyun təşəbbüsü ilə ərsəyə gələn “Yaşıl kitab” cəmiyyətin sosial məsuliyyətinin artırılması, oxucuların yoxolma təhlükəsi ilə üzləşən canlılar barədə məlumatlandırılması baxımından ciddi əhəmiyyət kəsb edir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Yaşıl kitab”, eyni zamanda biologiya ilə maraqlanan şəxslər, bu sahə ilə məşğul olan mütəxəssislər, müəllimlər, tələbələr üçün də maraqlı mənbədir. Ensiklopedik araşdırmanın müəllifi Bakı Dövlət Universiteti Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev, elmi redaktorları biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov və Elgün Mustafabəylidir. Ensiklopediyada nəsli kəsilməkdə olan 100 yerli və beynəlxalq yosun, ot, kol, ağac, göbələk, eləcə də şibyə növü araşdırılıb, onların qorunması ilə bağlı ipucular verilib. Qeyd edək ki, topluda Beynəlxalq Təbiəti Mühafizə Birliyinin “Qırmızı siyahısı” və Azərbaycanın “Qırmızı kitabı” əsas mənbə kimi götürülüb.
Rəy yazmaq üçün giriş edin.