Xosrov və Şirin
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | f.ü.f.d., dos. Şəmil Sadiq |
| Korrektor: | Aytac Əliyeva |
| Rəssam: | Nərmin Kazımova |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Balabilgə Nəşrləri |
| Nəşr ili: | 2022 |
| Ölçü: | 160x240 mm |
| Səhifə sayı: | 112 |
| Cild: | Yumşaq |
| ISBN: | 9789952557558 |
Təsvir
“Xosrov və Şirin” kitabı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan eyniadlı poemasının uşaqlar üçün sadələşdirilmiş və nəsrlə təqdim olunan versiyasıdır. Bu nəşr klassik Şərq ədəbiyyatının ən məşhur əsərlərindən birini balaca oxuculara daha anlaşıqlı şəkildə təqdim edir. Qədim Şərqin sevilən əfsanələrindən biri olan “Xosrov və Şirin” Nizami Gəncəvinin qələmi ilə dünya ədəbiyyatının qiymətli incilərindən birinə çevrilib. Kitabda sevgi, sədaqət, dürüstlük, mərhəmət və insanpərvərlik kimi dəyərlər maraqlı hadisələr və yaddaqalan obrazlar vasitəsilə oxuculara çatdırılır. Bu əsər uşaqlara yalnız Nizami Gəncəvinin zəngin yaradıcılığını tanıtmaqla kifayətlənmir, həm də onlarda düzgün qərar vermək, yaxşı insanlarla dostluq etmək, xeyirxahlıq və dürüstlük kimi müsbət keyfiyyətlərin formalaşmasına kömək edir.
Rəy yazmaq üçün giriş edin.