Təpəgözün nağılı
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Səbuhi Şahmursoy |
| Korrektor: | Dürdanə Ramazanlı |
| Texniki redaktor: | Sevda Qulamova |
| Üz qabığının dizayneri: | Gülnar Hacıyeva |
| Seriya: | Balabilgə Nəşrləri |
| Nəşr ili: | 2021 |
| Ölçü: | 120x160 mm |
| Səhifə sayı: | 48 |
| Cild: | Yumşaq |
Təsvir
“Azərbaycan nağılları” silsiləsi uşaqları xalqımızın zəngin şifahi xalq ədəbiyyatı ilə tanış edir. Seriyada əsrlər boyu nəsildən-nəslə ötürülən nağıllar sadə və axıcı dillə təqdim olunur. Bu nağıllarda xalqımızın qədim dünyagörüşü, ümumiləşdirilmiş qəhrəman obrazları, xeyirlə şərin əbədi mübarizəsi, müdriklik, cəsarət və ədalət kimi mənəvi dəyərlər maraqlı hadisələr vasitəsilə oxuculara çatdırılır. Kitabda xalqımızın ən qədim və maraqlı nağıllarından biri olan “Təpəgözün nağılı” yer alıb. Nağılda Təpəgöz adlı nəhəng varlığın əməlləri, onun qorxulu mağarası və igid İsgəndərin bu bədheybətlə qarşılaşması təsvir olunur. Əlavə olaraq bu kitabda “Çil madyanın nağılı”, “Qara atın nağılı” və “Əmir ilə şah qızının nağılı” verilib.
Rəy yazmaq üçün giriş edin.