Təkamülə giriş
Müəllif:
Kitabın xüsusiyyətləri
| Naşir: | Səbuhi Şahmursoy |
| Redaktor: | Cavid Qədir |
| Korrektor: | Aytac Əliyeva |
| Texniki redaktor: | Aytən Paşayeva |
| Üz qabığının dizayneri: | Tamerlan İsmayılzadə |
| Seriya: | Elmi-kütləvi ədəbiyyat |
| Nəşr ili: | 2021 |
| Ölçü: | 135x200 mm |
| Səhifə sayı: | 112 |
| Cild: | Yumşaq |
Təsvir
“Təkamülə giriş” kitabı oxucunu təkamül nəzəriyyəsinin tarixi və bu günü ilə tanış edir. Əsərdə Yer üzündə həyatın yaranması və inkişafı, bizi biz edən genetik miras, onun əsas komponentləri, genetik məlumatların necə dəyişdiyi və çeşidləndiyi ətraflı şəkildə izah olunur. Kitabda həmçinin genetik müxtəlifliyin təkamül prosesinə təsiri, fərqli genetik xüsusiyyətlərə malik fərdlərin təbii seçmə yolu ilə həyatda qalması və öz irsi xüsusiyyətlərini sonrakı nəsillərə ötürməsi kimi mühüm məsələlər sadə və anlaşılan dillə təqdim edilir. Müəllifin əsas məqsədi oxucuya təkamülün necə işlədiyini başa düşmək üçün lazım olan bilikləri çatdırmaq və mövzu ilə bağlı suallara müstəqil şəkildə cavab verə biləcək elmi düşüncə formalaşdırmaqdır. Bu baxımdan “Təkamülə giriş” həm mövzu ilə yeni tanış olanlar, həm də biliklərini dərinləşdirmək istəyənlər üçün faydalı mənbədir.
Rəy yazmaq üçün giriş edin.